Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Tramp Qolan təpələrini İsrail ərazisi kimi tanımasından danışdı:“Birdən “bum” və həll etdik...”

 

ABŞ prezidenti Donald Tramp Qolan təpələrini İsrailin tərkibi kimi tanımaq barədə qərarı necə qəbul etməsindən danışıb.

Yenixeber.org: “Reuters”in verdiyi məlumata görə, Birləşmiş Ştatların dövlət başçısı belə bir addımı tarixlə bağlı qısa araşdırmadan sonra atdığını söyləyib.

Las-Veqasda Respublikaçı Yəhudilər Koalisiyasının yığıncağında nitq söyləyən Donald Tramp Yaxın Şərqdə sülhün əldə olunması ilə bağlı müşavirlərlə görüş zamanı öz fikrini qətiləşdirdiyini deyib. Həmin görüşdə onun kürəkəni Cared Kuşner və ABŞ-ın İsraildəki səfiri Devid Fridman da iştirak edib.

“Mən belə dedim: Uşaqlar mənə bir məsələdə kömək edin. Tarixlə bağlı kiçik, lakin faydalı kurs keçin. Lakin cəld olun. Mənim Çin və Şimali Koreya kimi başqa problemlərim də var”, - deyən Donald Trampın bu sözləri zalda gülüşməyə səbəb olub.

Onun sözlərinə görə, qısa məsləhətləşmələrdən və “tarixi kursdan” sonra dərhal Qolan təpələri üzərində İsrailin suverenliyinin tanınması qərarı çıxıb.

“Həmin vaxt Devid Fridman belə, uşaq kimi şoka düşdü. Birdən “bum” və artıq məsələ həll olundu. Biz cəld və düzgün qərarları belə qəbul edirik”, - deyə Ağ Evin sahibi yığıncaq iştirakçılarına səslənib.(müsavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam