Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Rusiyadan ABŞ-ı hiddətləndirəcək S-400 HƏMLƏSİ:Türkiyə torpaqlarında...

 

Rusiyadan ABŞ-ı hiddətləndirəcək S-400 HƏMLƏSİ: Türkiyə torpaqlarında...

S-400 havadan müdafiə sisteminin bəzi detalları Türkiyə ilə ortaq şəkildə istehsal oluna bilər.

Yenixeber.org: Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov danışıb.

“S-400-ün bütün detallarının müştərək şəkildə istehsalı müzakirə mövzusu deyil, ola bilməz də. Bu, yeni bir silah növüdür. Lakin bəzi detallar Türkiyə torpaqlarında ortaq şəkildə istehsal oluna bilər. Rusiya bu ehtimallar haqqında düşünür”, - mətbuat katibi bildirib.

Qeyd edək ki, Rusiya ilə Türkiyə arasında 2017-ci ildə S-400 zenit raket kompleksinin satışı ilə bağlı razılıq əldə olunub. Vladimir Putin ilə Rəcəb Tayyib Ərdoğanın aprelin 8-də birlikdə təşkil edilən mətbuat konfransında iki ölkə arasında hərbi və texniki sahədə əməkdaşlığın genişləndirilməsi üçün imkanlar olduğu bildirilmişdi. Həmçinin, iki ölkənin hərbi vasitələri müştərək istehsal edə biləcəyi haqqında məlumat verilmişdi.

Ankara S-400-ləri almaqla yanaşı, bu sistemlərin Türkiyədə istehsal olunması məsələsində qətiyyətli mövqe sərgiləyir. Türkiyənin bu tələbinə qismən cavab verən Moskva sistemin tamamilə deyil, bəzi qisimlərinin ortaq istehsalının mümkün ola biləcəyini deyir.

Xatırladaq ki, Türkiyənin Rusiyadan zenit raket kompleksi alması NATO müttəfiqlərini, xüsusilə, ABŞ-ı dərindən narahat edir.(publika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam