Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Rusiya bu təşkilatdan çıxmalıdır– Jirinovski

Rusiya heç bir şərtlə Avropa Şurası Parlament Assambleyasına qayıtmamalıdır, yayda bu təşkilatdan çıxmaq lazımdır.

Yenixeber.org: Məlumata görə,bu sözləri Rusiya Liberal Demokratik Partiyasının sədri Vladimir Jirinovski deyib.

“Heç bir şəkildə AŞPA-ya qayıtmalı deyilik. Onlar bizi təhqir ediblər. Ona görə də Liberal Demokratik Partiyasının mövqeyi belədir – AŞ-dan çıxmaq və bu təşkilatı unutmaq. Bu təşkilat tamamilə lazımsızdır. Hətta mənzil qərargahının yerləşdiyi Strasburqda belə heç kim təşkilat barədə bir şey bilmir”, - Jirinovski bildirib.

Onun fikrincə, AŞPA-nın Rusiyaya olan marağı yalnız illik 30 milyon avro həcmindəki üzvlük haqqının ödənməsindən ibarətdir. 

Qeyd edək ki, Moskvanın təşkilatla münasibətləri 2014-2015-ci illərdə pisləşib. Krımla bağlı məsələdə baş verən fikir ayrılıqları Rusiya nümayəndə heyətinin bir sıra hüquqlarından məhrum olması ilə nəticələnib. Bundan sonra Rusiya təşkilatın iclaslarında iştirakı dayandırıb.(Axar.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam