Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Putinlə Kim Çen In nəyi müzakirə edəcək?

"İlk növbədə ikitərəfli münasibətlər müzakirə olunacaq"

Yenixeber.org: Məlumata görə, Rusiya və Şimali Koreya liderləri Vladimir Putin və Kim Çen In iki ölkə arasındakı münasibətlərin inkişafı, Koreya yarımadasının nüvəsizləşdirilməsi və regional problemlərə dair müzakirə aparacaqlar.

Bunu Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.

"Əlbəttə ki, ilk növbədə ikitərəfli münasibətlər müzakirə olunacaq. İkinci müzakirə olunacaq məsələ isə Koreya yarımadasının nüvəsizləşdirilməsi və regional əməkdaşlıq problemləridir. Müzakirə olunaq məsələlər olduqca genişdir. Burada bir şeyi xatırlamaq lazımdır ki, söhbət iki-olduqca geniş sərhədlərə malik qonşu dövlətlərin başçılarının danışıqlarından gedir",- deyə Kremlin sözçüsü vurğulayıb.

O bildirib ki, V.Putin və Kim Çen Inın görüşünün dəqiq vaxtı və məkanının açıqlanmaması təhlükəsizliklə əlaqədardır.

Qeyd edək ki, Kreml aprel ayının ikinci yarısında Rusiya və Şimali Koreya liderlərinin görüşünün keçiriləcəyini açıqlayıb.(ona.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam