Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Zelenskini Rusiya seçdirib?- Politoloq

Aprelin 21-də Ukraynada keçirilən prezident seçkilərinin ikinci turunda keçmiş KVN-çi, şoumen və aktyor Vladimir Zelenskinin prezident seçilməsi dünyada birmənalı qarşılanmayıb. Rusiyanın ABŞ-da keçirilən prezident seçkilərinə müdaxiləsi ilə bağlı yayılan söz-söhbətlər Ukraynadakı seçkinin nəticəsini də müəyyən qədər şübhə altına alıb. Bəzi şəxslər Rusiyanın buradakı seçkilərə müdaxilə etdiyini iddia edirlər.

Yenixeber.org: Məlumata görə, məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu deyib ki, Ukraynadakı prezident seçkilərinin nəticəsinə Rusiyanın müdaxiləsi olmayıb:

“Çünki ikinci turda Rusiyanın dəstəklədiyi namizəd yox idi. ABŞ Prezidenti Donald Trampı Rusiya dəstəkləsə də, Ukraynanın yeni seçilən prezidenti Vladimir Zelenskini Kreml heç vaxt dəstəkləməyib.

Ona görə Ukraynadakı seçkilərə Rusiyanın müdaxiləsi olduğunu düşünmürəm. Çünki seçkinin ikinci turuna Zelenski ilə Poroşenko çıxmışdı. Onların ikisi də ruspərəst deyil və ikisi də Rusiyanı tənqid edir. Buna görə də Rusiyanın müdaxiləsi məsələsi məntiqəuyğun deyil”.(Axar.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam