Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Lavrov Putin, Əliyev və Ruhani görüşünün anonsunu verdi

 

Rusiya XİN başçısı Sergey Lavrov yaxın zamanda Rusiyada yüksək səviyyəli Rusiya-İran-Azərbaycan sammitinin keçiriləcəyi barədə məlumat verib.

Yenixeber.org: “Hazırda bu dəfə Rusiya Federasiyasında keçiriləcək Rusiya-İran-Azərbaycan formatında üçtərəfli görüşə hazırlıq məsələsi gündəlikdə durur”, - deyə S.Lavrov bu gün İran XİN başçısı Cavad Zərif ilə danışıqların yekunlarına dair verdiyi açıqlamada bildirib.

S.Lavrov məlumat verib ki, iranlı həmkarı ilə danışıqlar zamanı ikitərəfli münasibətlərin vəziyyəti nəzərdən keçirilib.

“Yüksək də daxil olmaqla, mütəmadi surətdə siyasi səviyyədə əlaqalərimiz var. Ötən il iki ölkənin prezidentləri 4 dəfə görüşüblər”, - S.Lavrov vurğulayıb.

Aprelin 26-da prezident Vladimir Putin Azərbaycan lideri İlham Əliyevlə Pekində keçirilən görüşdə məlumat verib ki, Rusiya, Azərbaycan və İran prezidentlərinin görüşü avqust ayında Rusiyada baş tutacaq.

“Biz avqustda Rusiyada növbəti Rusiya-Azərbaycan-İran sammtinin keçirilməsinə dair razılığa gəlmişik”, - V.Putin qeyd edib. (interfax.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam