Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Lavrovla ATƏT baş katibi arasında Dağlıq Qarabağla bağlı müzakirə-Təfərrüatlar

ATƏT-in baş katibi Tomas Qremingerin xahişi ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov onu aprelin 15-i Moskvada baş tutmuş Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı görüşü və görüşlə əlaqədar bəyanat barədə məlumatlandırıb.

Yenixeber.org: Məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, Moskva görüşlərinin yekunlarına əsasən qeyd olunduğu kimi, Azərbaycan və Ermənistanın humanitar sahədə qarşılıqlı fəaliyyətin təşkil olunması perspektivlərində marağı vurğulanıb:

“Söhbət münaqişə zonasında stabilləşmə ilə bağlı addımlardan, xüsusilə də kənd təsərrüfatı işləri zamanı atılacaq addımlardan, ölkələrin ərazilərində əsirlikdə saxlanan şəxslərin yaxınlarının görüşə buraxılması imkanları və insanlar arasında təmasların qurulması, o cümlədən KİV nümayəndələri arasında qarşılıqlı səfərlərin təşkol olunması üzrə işə başlamağa hazırlıqdan gedir. Qreminger öz növbəsində ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dəstəyini davam etdirmək niyyətini təsdiq edib”.

Xatırladaq ki, S.Lavrovla T.Qreminger arasında görüş aprelin 24-də Moskvada keçirilib.(trend)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam