Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Rusiyadan 16 NATO ölkəsinə hücum:18 ay ərzində...

 

Rusiyanın kəşfiyyat xidmətləri 16 NATO ölkəsinin daxili infrastrukturunu və hökumət şəbəkəsini 18 ay ərzində izləyib.

Yenixeber.org: Bunu İngiltərənin Xarici işlər naziri Ceremi Hant deyib.

Londonda baş tutan NATO kiber-müdafiə öhdəlikləri konfransında çıxış edən nazir bildirib ki, Rusiya kiberhücumlarla bağlı qlobal kampaniya başladıb.

"Son 18 ayda Milli Kiber Təhlükəsizlik Mərkəzi 16 NATO üzvü, hətta ittifaqdan kənardakı ölkələrlə bu ölkələrdəki rus kəşfiyyatının fəaliyyətinə dair bilgi və qiymətləndirmə paylaşıb. Rusiya kiberhücumlar vasitəsilə Ukrayna və ABŞ-dakı seçkilərə təsir göstərməyə çalışıb. Başqa ölkənin seçki sistemini manipulyasiya etmək və nəticələrini dəyişdirmək üçün kiberhücumlar etmək beynəlxalq hüquqa ziddir. Bu fəaliyyətlər müttəfiqlərdən birinə qarşı aparılsa belə, bütün müttəfiqlərə qarşı aparılmış hesab olunur. NATO-nun 5-ci maddəsi bunu ehtiva edir və biz bu maddənin təklif etdiyi alternativləri istifadə etməyə hazırıq” -, nazir qeyd edib.

Qeyd edək ki, İngiltərə-Rusiya münasibətləri ötən il rusiyalı agent Sergey Skripal və qızının İngiltərədə sui-qəsdə məruz qalmasından sonra gərginləşib.(publika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam