Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Rafiq Əliyev “Bank of Baku”dakı payını satıb

 

“Azpetrol Holding” şirkətinin keçmiş prezidenti Rafiq Əliyev “Bank of Baku” ASC-də ona məxsus iki səhm paketini satıb. Əməliyyat dekabrın 25-də Bakı Fond Birjasında baş tutub.

"Xeberinfo.com":  BFB-nın məlumatına görə, birjada qeyd edilən bankın 11,160,857 manat dəyərində yaxud nominalı 15,55 manat olan səhmlərin alqı-satqı əməliyyatı baş tutub.

Bu bankın səhmlərinin ümumi emissiyasının 21,10%-i təşkil edir.

Alqı-satqı tərəfləri barədə məlumat verilmir. Ancaq səhmdarların strukturuna baxdıqda aydın olur ki, səhm paketi məhz mətbuatın məlumatına görə hazırda ölkədə olmayan Rafiq Əliyəvə məxsus olub. 8 il həbsdə olan və prezident İlham Əliyevin əfv etdiyi Rafiq Əliyev həbsdən çıxandan sonra Azərbaycanı tərk edib. Rafiq Əliyev şəxsən səhmlərin 10,22%-ə, ona məxsus olan “Azinvest” MMC vasitəsi ilə isə 9,89%-ə sahib idi.

2013-cü il üçün illik audit rəyinə görə, bankın digər səhmdarları – “NAB Holding” MMC – 40%, “Azpetrol Neft Şirkəti” MMC – 28,89% və Elçin İsayevdi– 10%.

“Bank of Baku” ASC-nin səhmdar strukturu bəlli deyil. Qanunvericiliyə zidd olaraq bank korporativ saytında bu məlumatları açıqlamır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam