Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Qubad İbadoğludan İsa Qəmbərə sərt cavab

 

“Onlar bizim üçün fişəngə bənzəyir, həm özləri və həm də parlaq izləri çoxdan sönüb”

"Xeberinfo.com":  Müsavat Məclisi sədrinin seçilməsiylə partiyadaxili intriqalar daha da alovlanıb. Xüsusən keçmiş başqan İsa Qəmbərin çıxışı odun üstünə tökülən benzin effektini verib: “Qurultay yenidən keçirilsə, nə baş verəcək? Kimsə hesab edir ki, qurultayı hakimiyyətin köməyi ilə yenidən keçirməyə cəhd etsə, nə isə əldə edəcək? Bunlar xam xəyallardır. Hakimiyyətlə birləşib, partiyaya zərbə vuran şəxsləri necə qiymətləndirək? Heç kim düşünməsin ki, çirkin maraqlarını bəzəməklə, mahiyyətini gizlədəcək. 3-5 nəfər hakimiyyətin oyununda iştirak edən müsavatçı var və onlar da özlərini ifşa ediblər. Hər kəs özü üçün nəticə çıxarsın”.
Ad çəkməsə də İsa Qəmbərin kimə sataşdığı hər kəsə bəlli olduğundan ittiham olunan tərəfdən bu açıqlamaya münasibət öyrənilməsi zərurəti yaranıb.
Qubad İbadoğlu isə Moderator.az-a açıqlamasında qarşı tərəfə olduqca sərt cavab verib: “Onlar bizim üçün fişəngə bənzəyir, həm özləri və həm də parlaq izləri çoxdan sönüb. Ona görə də harda və nə deməklərinin mənası qalmır. Azərbaycan ictimaiyyəti kimin kim olduğunu, kimin yalan, kimin doğru danışdığını çox yaxşı bilir. Bizim fəaliyyəimiz partiya nizamnaməsi çərçivəsində davam edəcək və həmişəki kimi partiya üzvlərinin iradəsi ilə hədəflərimizə çatacağıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam