Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Ekspertlər Gürcüstan-Azərbaycan sərhədinin- razılaşdırılmamış sahələrinə baxış keçirəcəklər

“Gürcüstan-Azərbaycan sərhədində razılaşdırılmamış sahələrə ekspertlərin birgə baxışı yaxın zamanlarda həyata keçiriləcək”.

Yenixeber.org:  Bunu Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın həmsədri, Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, hazırda Azərbaycan tərəfi ilə texniki sənədlərin mübadiləsi aparılır.

L.Darsalia bildirib ki, gürcü və azərbaycanlı ekspertlərin 2-3 həftədən sonra razılaşdırılmamış sahələr üzrə çöl işləri aparması nəzərdə tutulub: “Bizim azərbaycanlı həmkarlarımızla əlaqələrimiz var və sahələrin dəqiqləşdirilməsi prosesi aparılır. Növbəti görüşdə biz irəliləyişin əldə oluna biləcəyi 14 razılaşdırılmamış sahələrin hamısı üzrə müzakirələrin aparılmasını təklif edəcəyik”.

XİN başçısının müavini qeyd edib ki, ekspertlərin baxışının nəticəsi hazır olandan sonra tərəflər arasında təcili görüş keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam