Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Türkiyənin müdafiə sənayesi naziri -ABŞ-ın qərarına münasibət bildirib

"Türkiyənin “F-35” proqramından rəsmi olaraq çıxarılmasını gözləyirik".

Yenixeber.org: Bunu Türkiyənin müdafiə sənayesi naziri İsmail Demir ABŞ-ın “F-35” qırıcıları ilə bağlı qərarını şərh edərkən bildirib.

“F-35” hadisəsində bu günə qədər hər cür ödəmələri, öhdəliyimizi qüsursuz olaraq yerinə yetirdik. Qərarda dayandırma ifadəsi işlədilir, çıxarılma deyil. Çıxarılmağın isə özünəməxsus hökmləri ola bilər. Bu isə ortada yoxdur. Türkiyənin “F-35” proqramından rəsmi olaraq çıxarılmasını gözləyirik. O vaxtadək Türkiyə öhdəliklərini yerinə yetirəcək. Proqramdan çıxarılacağı halda Türkiyənin hər təyyarə üçün 7-8 milyon dollardan artıq maliyyə xərci olacaq. Məcbur olmayanadək Türkiyə xaricdən avadanlıq almayacaq. Türkiyə şirkətlərinin müvəqqəti itkiləri ola bilər, ancaq sənayemiz bundan güclənərək çıxacaq”, - deyə İsmail Demir vuğulayıb.

Xatırladaq ki, iyulun 16-da ABŞ Türkiyənin “F-35” proqramında fəaliyyətinin yasaqlanması barədə qərar qəbul edib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam