Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Millət vəkilindən erməni kəşfiyyatı haqqında açıqlama

 

"Ermənistanın kəşfiyyat-diversiya qrupunun daha çox Azərbaycanın dinc sakinlərini hədəfə alması Sarkisyan rejiminin terrorçu rejim olduğunu bir daha təsdiqləyir". 

"Xeberinfo.com":  Məlumata görə, bu fikri Milli Məclisin deputatı Elman Məmmədov YAP-ın saytına açıqlamasında deyib.
E.Məmmədov bildirib ki, bu məsələ ilə bağlı ortada təkzibolunmaz faktlar mövcuddur.

Onun sözlərinə görə, Serj Sarkisyanın özü də əvvəllər cinayətkar qruplara rəhbərlik edən səhra komandirlərindən biri olub: "Cinayətkarın, terrorçunun, hərbi caninin rəhbərlik etdiyi bu dövlət hər zaman dinc əhaliyə qarşı müəyyən cinayət əməlləri törədib. Beynəlxalq təşkilatlar bu məsələyə daha çox diqqət yetirməlidirlər. Məhz bu cür cinayət əməllərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaqla Azərbaycanın dinc sakinlərinin terror qurbanı olmasının qarşısını almaq olar. Bu yöndə müvafiq tədbirlər görülməlidir".

Deputat bildirib ki, bu gün Azərbaycan ərazisində erməni kəşfiyyat -diversiya qrupu dinc əhaliyə qarşı, sözün əsl mənasında müharibə mövqeyi sərgiləyir: 

"Təbii ki, Azərbaycan tərəfi də öz hərbi gücündən istifadə edərək bu qruplara qarşı mübarizə aparır. Ancaq müəyyən beynəlxalq dairələrin havadarlıq etdiyi Ermənistan dövlətinin bu cür təxribatçı hərəkətlərinin qarşısını almaq üçün bütün dünya ictimaiyətinin diqqətini bu məsələyə çəkmək zəruridir"- deyə, E.Məmmədov vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam