Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Polis generalı ilə Paşinyan arasında sərt mübahisə -“BACARMIRSAN İŞDƏN ÇIX, KAZARYAN MƏŞĞUL OLAR...”

Polis generalı ilə Paşinyan arasında sərt mübahisə


Ermənistan polisinin rəisi, general-mayor Valeri Osipyan baş nazir Nikol Paşinyanla Təhlükəsizlik Şurasının iclasında sərt mübahisə edib və istefa ərizəsi yazıb.

Yenixeber.org:   Bu haqda erməni KİV-ləri yazır.

Məlumata görə Təhlükəsizlik Şurasının iclasında bir sıra daxili məsələlər, o cümlədən Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanın istefası və Amulsaran qızıl yatağına gedən yolun ətraf mühit fəalları tərəfindən blokadaya alınması müzakirə olunub.

Paşinyan qızıl yatağına gedən yolun açılmasını tapşırıb. Lakin Osipyan deyib ki, yolun açılmasına dair əməliyyatın hamar keçəcəyinə inanmır və fəallara qarşı güc tətbiq edilsə müəyyən nəticələr doğuracaq.

Bu cavab Paşinyanı qəzəbləndirib. Deyib ki, əgər Osipyan yolu açmağa qadir deyilsə kənara çəkilsin, onun əvəzindən yolun açılması əməliyyatını polis qoşunlarının komandanı, general Vaqe Kazaryan həyata keçirəcək. Hansı ki, Kazaryanın Milli Təhlükəsizlk Xidmətinin direktoru vəzifəsinə namizədliyi nəzərdən keçirilir.

Gərgin tonda gedən söhbət onunla nəticələnib ki, Polis rəisi istefa ərizəsi yazıb və Paşinyana təqdim edib. Osipyanın istefasının bu gün açıqlanacağı gözlənilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam