Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Arif Hacılının Əli Kərimli ilə görüşü müzakirəyə çıxarılacaq

 

Müsavat partiyasının başqanı Arif Hacılı ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli arasında baş tutan görüş yanvarın 19-da Müsavatın Divanında müzakirəyə çıxarılacaq. 

"Xeberinfo.com":  Məlumata görə, bu barədə Müsavat partiyasının başqan müavini, Divan üzvü Osman Kazımov məlumat verib. Onun sözlərinə görə, Divan üzvləri sözügedən görüşlə bağlı məlumatlı olsalar da iki sədr arasında aparılan müzakirədən xəbərsizdirlər.

O.Kazımov hesab edir ki, AXCP ilə bir sıra sahələrdə əməkdaşlıq zəruridir:“AXCP də müxalifət partiyasıdır. Bir sıra sahələrdə əməkdaşlığı zəruri hesab edirəm. Bu il parlament seçkiləri ilidir. Seçki mühitinin yaxşılaşdırılması, seçki komissiyalarının formalaşdırılması, birgə müşahidənin aparılması, insan haqları, siyasi məhbuslar və s. sahələrdə əməkdaşlıq etmək olar”.

Xatırladaq ki, Müsavat partiyasının başqanı Arif Hacılı ilə AXCP sədri Əli Kərimli arasında baş tutan görüş haqda ilk məlumatı Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) yanvarın 15-də parlament seçkilərinin müzakirəsinə həsr olunmuş tədbirində çıxışı zamanı Müsavat partiyasının başqanı Arif Hacılı verib. 

İki saata yaxın davam edən görüşdə hər iki partiya arasında əməkdaşlıq perspektivləri müzakirə olunub. 

Görüşün Müsavatın başqanı Arif Hacılının təşəbbüsü ilə baş tutduğu deyilir.

AzNews.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam