Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"...varis qoymamaq məsuliyyətsizlik olardı"-Kreml isə bunu deyir...

Kremlin bir nömtəli təbliğatçısı, “Rossia Today” beynəlxalq informasiya agentliyinin baş direktoru Dmitri Kiselyov bildirib ki, president Vladimir Putin “səhərdən axşama” varis barədə düşünür.

Yenixeber.org: “Putin özü dedi ki, o varis barədə səhərdən axşama qədər fikirləşir. Çünki onun üçün qapını çırpıb getmək və özündən sonra varis qoymamaq məsuliyyətsizlik olardı. Mən hesab edirəm ki, istənilən məsuliyyətli siyasətçi hakimiyyətin vərəsəliyini təmin etməlidir”,-Kiselyov bildirib.

Doğrudur, Kiselyov bu haqda Rusiya dövlət telekanalının efirində deyil, Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri qarşısında deyib. O, Putinə söhbətinə istinad edərək prezidentin özünə varis hazırladığını bildirib, lakin potensial varisin adını çəkməyib.

 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Putinin səlahiyyət müddətinin bitməsinə hələ çox var və ona görə də varis barədə Kremldə heç kim fikirləşmir. Peskovun sözlərinə görə, ali dövlət postunda qalmaq məsələsində Putin yaşı deyil, Konstitusiyanı əsas götürür. Konstitusiyada isə prezident olmaq üçün son yaş məhdudiyyəti mövcud deyil.

Putinin prezidentlik müddəti 2024-cü ildə bitir. O, bir neçə dəfə həmin müddət bitəndən sonra yenidən prezident olub-olmayacağı (Konstitusiyanı dəyişdirmək hesabına) haqda sualla qarşılaşıb. Və hər dəfə qeyri-müəyyən cavablar verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam