Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Putin Bakıya məktub göndərdi

Putin Bakıya məktub göndərdi
Rusiya Prezidenti Vladimir Putin Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşünün iştirakçılarına və qonaqlarına təbrik məktubu ünvanlayıb.
Yenixeber.org: Bu barədə Kremlin saytında məlumat yer alıb.

Təbrikdə deyilir ki, Rusiya ədalətli və çoxqütblü dünya nizam sisteminin qurulması, hamı tərəfindən qəbul edilmiş hüquqi normalara əsaslanan bərabərhüquqlu beynəlxalq dialoq və əməkdaşlığın inkişafı, tərəfdaşların qanuni maraqları nəzərə alınmaqla Qoşulmama Hərəkatının səylərini ardıcıl olaraq dəstəkləyir.

"Sammit çətin beynəlxalq şəraitdə, dünyanın bəzi bölgələrində silahlı qarşıdurmaların gücləndiyinin müşahidə olunduğu, bir çox problemlərin, o cümlədən yoxsulluq və aclığa qarşı mübarizənin çətinləşdiyi bir vaxtda keçirilir", -- deyə Putin vurğulayıb.

Bundan əlavə, Putin Rusiya Federasiyası ilə Qoşulmama Hərəkatı arasında qarşılıqlı əlaqələrin daha da genişlənməsinin regional və qlobal səviyyədə təhlükəsizlik və sabitliyin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam