Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

NATO-dan Dağlıq Qarabağ açıqlaması

 

NATO Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında heç bir rol oynamır.

"Xeberinfo.com":  Məlumata görə, bunu Trend-ə NATO-nun baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib.

O bildirib: “Düşünmürəm ki, NATO-nun müəyyən rolu prosesi irəli aparmağa kömək edə bilər, lakin alyans münaqişənin həllində ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir”.

C. Appaturayın sözlərinə əsasən, Dağlıq Qarabağ münaqişəsinə ən yüksək səviyyədə beynəlxalq diqqət göstərilir: “Xüsusi nəzərə almaq lazımdır ki, bu yaxınlarda Fransa Prezidenti Fransua Olland Azərbaycan və Ermənistan prezidentləri ilə danışıqlar aparıb”.

O qeyd edib ki, 20 il ərzində danışıqlarda ABŞ, Fransa, Rusiyanın həmsədrliyi ilə Minsk qrupu və bu ölkələr daim iştirak ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam