Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Minsk Qrupu prezidentlərin növbəti görüşünü hazırlayır

 

ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması üzrə tərəflərlə ən yüksək səviyyədə işləməyi vəd edirlər.

"Xeberinfo.com":  Məlumata görə, bu barədə "Trend"-ə ATƏT MQ-nin Amerikadan olan həmsədri Ceyms Uorlik bildirib.

Amerikalı həmsədr hesab edir ki, münaqişənin hərbi yolla həlli yoxdur: "Davamlı sülhə aparan yol danışıqlar masasında tapıla bilər və tapılmalıdır. Tezliklə biz Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü keçirəcəyik, biz həmçinin bu il Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi üzərində işləyirik".

Uorlik hər iki dövlət başçısının dialoqu davam etdirmək üçün Paris zirvə toplantısında verilən vədlərə əməl edəcəklərinə ümidini ifadə edib: "Zorakılığın bərpası uğur deyil. Biz qoşunların təmas xəttindəki hərbi əməliyyatlar və onların nəticəsində baş verən itkilər haqqında məruzələrlə tanış olmuşuq. Bunlar sabitliyi pozan hərəkətlərdir və yalnız daha böyük zorakılıqlara aparıb çıxaracaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam