Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Liviya parlamenti ərəblərə çağırış etdi-Türkiyəni durdurun

“Türkiyənin qarşısının alınmasına kömək edin” - Liviya parlamenti

Dekabrın 2-də Liviya Nümayəndələr Palatası (parlament) bəyan edib ki, Ərəb Dövlətləri Liqası (ƏDL) Türkiyənin Liviyaya qarşı təcavüzünün qarşısının alınmasına kömək etməlidir. 

Yenixeber.org: Bəyanat, Türkiyə parlamentinin türk hərbçilərinin Liviyaya ordu göndərilməsi qərarını təsdiqləməsindən sonra səsləndirilib («Əl-Ərəbiyyə»).

«Ərəb Dövlətləri Liqası (ƏDL) Liviyaya mümkün təcavüzün qarşısının alınmasında məsuliyyət daşıyır. ƏDL buna qarşı durmaq üçün kollektiv təhlükəsizlik barədə sazişi işə salmalıdır. Türkiyə parlamentinin məlum qərarı ilə əlaqədar olaraq, Liviya Nümayəndələr Palatası şənbə günü fövqəladə iclas keçirəcək. Türkiyə ordusunun göndərilməsi yalnız münaqişənin genişlənməsinə gətirib çıxaracaq» - Liviya deputatlarının bəyanatında belə deyilir.

Qeyd etmək lazımdır ki, ƏDL artıq Türkiyə parlamentinin qərarını qəti şəkildə pisləyib. Misir prezidenti Əbdül Fəttah əs-Sisi isə milli təhlükəsizlik şurasının iclasını çağırıb. İclasda xüsusilə, sərhədlərin mühafizəsi və mövcud situasiyadan qaynaqlanan təhdidlər müzakirə olunub.

Məlumat üçün bildirək ki, Liviyada icra hakimiyyətinin iki paralel orqanı mövcuddur: beynəlxalq birlik tərəfindən tanınmış Milli Həmrəylik Hökuməti (Faiz Səracın başçılıq etdiyi orqan) və ölkənin şərqində fəaliyyətdə olan paramentlə birlikdə, Abdulla Əbdürrəhman ət-Taninin müvəqqəti kabineti. Sonuncunu feldmarşal Xəlifə Həftarın ordusu dəstəkləyir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam