Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Mirkazım Kazımovun əvəzinə oğlu namizədliyini irəli sürdü-69-dan

 

Daha bir deputatın övladı seçkilərə qatılıb. Yeni Azərbaycan Partiyasından olan millət vəkili Mirkazım Kazımovun 38 yaşlı oğlu Səid Kazımov 69 saylı Cəlilabad-Masallı-Biləsuvar Seçki Dairəsindən seçkilərə qatılıb.

Yenixeber.org: Onun namizədliyi 69 saylı Dairə Seçki Komissiyası (DSK) tərəfindən artıq qeydə alınıb. S. kazımov ixtisasca hüquqşünasdır, AMEA-nın Azad Həmkarlar İttifaqında hüquq müfəttişi vəzifəsində çalışır.

Bildirilir ki, həmin dairədən Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədr müavini, professor Fəzail İbrahimli namizədliyini irəli sürüb. YAP isə həmin dairədən Etibar Sadığovun (Peşə Tədrisi Mərkəzinin direktoru) namizədliyini irəli sürüb.

Qeyd edək ki, 4 dəfə millət vəkili seçilən Mirkazım Kazımov bu dəfə YAP-ın siyahısından kənarda qalıb, 5-ci dəfə namizədliyi irəli sürülməyib.

Xatırladaq ki, bundan əvvəl millət vəkili Xanhüseyn Kazımlının qızı Əsli Kazımovanın 80-ci İmişli-Beyləqan seçki dairəsindən namizədliyini irəli sürdüyü məlum olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam