Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Avropa İttifaqı “Cənub Qaz Dəhlizi”ni prioritet elan edib

 

“Cənub Qaz Dəhlizi” enerji resurslarının mənbələrinin və marşrutlarının diversifikasiyası baxımından Avropa İttifaqının (Aİ) prioriteti olacaq. 

"Xeberinfo.com":  “APA-Economics”in məlumatına görə, bu barədə Avropa Komissiyasının saytında yer alan ətraf mühitin dəyişikliyi və energetika məsələləri üzrə komissar Migel Kanyetenin bəyanatında deyilir.
Komissar qeyd edib ki, “biz “Cənub axını” layihəsinin aqibətindən dərs çıxarıb, enerji resurslarının diversifikasiyasına imkan verən layihələrə köklənəcəyik”.
Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev 2014-cü il fevralın 25-də “Şahdəniz” qaz-kondensat yatağının ikinci mərhələsinin işlənməsi layihəsinin səmərəli idarə olunması, Cənubi Qafqaz, Trans-Anadolu (TANAP) və Trans-Adriatik qaz kəmərlərinin (TAP) genişləndirilməsi ilə bağlı qapalı səhmdar cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb.
Hazırda QSC-nin nizamnamə kapitalı $100 mln. təşkil edir.
Cəmiyyətin kapitalında SOCAR 49%, dövlət 51% pay sahibidir. Azərbaycan Dövlət Neft Fondu dövlətin “Cənub Qaz Dəhlizi” QSC-də pay sahibi kimi iştirakının maliyyələşdirilməsini təmin edəcək. QSC-yə vəsaitlər qaytarılmaq şərti ilə uzunmüddətli investisiyalar şəklində verilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam