Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“NATO Rusiya ilə açıq müzakirələr aparır” -Stoltenberq

 
NATO Rusiya ilə intensiv və açıq müzakirələr aparır.
Yenixeber.org: Bu barədə təşkilatın baş katibi Yens Stoltenberq bildirib.

Fransa Prezidenti Emmanuel Makronun Moskva ilə dialoqu gücləndirmək təklifi barədə suala cavab verən Stoltenberq deyib ki, NATO artıq Rusiya ilə institusional əsasda dialoq aparır.

"Biz dialoqu silah nəzarəti, risklərin azaldılması, şəffaflıq məsələsində və digər mövzularda aparırıq", - deyən Stoltenberq növbəti dəfə Rusiyanın orta və uzaq mənzilli raketlərin ləğvi haqqında müqaviləni pozduğunu bəyan edib.

Baş katib, həmçinin vurğulayıb ki, NATO ölkələri yekdil olmalı, bir mövqedən çıxış etməli və möhkəm olmalıdır.

Xatırladaq ki, fevralın 15-də Münhen Təhlükəsizlik konfransında çıxış edən Stoltenberq NATO-nun Rusiya ilə münasibətləri yaxşılaşdıracağına ümid etdiyini söyləyib. Öz növbəsində həmin gün konfransda iştirak edən Makron Parisin Moskva ilə münasibətlərin inkişaf etdirilməsinin tərəfdarı olduğunu bildirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam