Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Obamadan Putinə sərt xəbərdarlıq

 

ABŞ prezidenti Barak Obama rusiyalı həmkarı Vladimir Putinə zəng edib.

"Xeberinfo.com":  APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, Ağ Evin məlumatına görə,Obama telefon danışığı zamanı Rusiyanın Ukraynaya qarşı təcavüzü davam etdirməsinin ona baha başa gələcəyini bildirərək Vladimir Putinə xəbərdarlıq edib.
Obamanın sözlərinə görə, Moskva hələ də Donbasa silah, maliyyə vəsaitləri və hərbçiləri göndərir.
Qeyd edək ki, bundan əvvəl Barak Obama və Ukrayna prezidenti Pyotr Poroşenko arasında telefon danışığı olub. Tərəflər Ukraynanın cənub-şərqindəki vəziyyəti və atəşkəsə dair aparılan danışıqları müzakirə ediblər.
“Prezident Obama dinc sakinlər arasında qurbanların sayının artması ilə bağlı Poroşenkoya başsağlığı verib və sülh danışıqlarını tam dəstəklədiyini bildirib”, deyə Ağ Ev bildirib.
Bundan başqa tərəflər Rusiyanın sentyabrda Minskdə üzərinə götürdüyü öhdəliklərinin icra etməli olduğunu qeyd ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam