Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Türkiyənin üzvlüyü Avropa İttifaqını gücləndirə bilərdi” - Çavuşoğlu

“ABŞ-la FETÖ problemi davam edir. ABŞ-ın S-400 zenit-raket kompleksini almamağımız, aldıqdan sonra isə istismara verməməyimiz istiqamətində tələbləri var. Konqresdəki atmosfer ortadadır”.

Yenixeber.org: Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu TV100-ə müsahibəsində deyib.

Nazir bildirib ki, yeni növ koronavirus pandemiyası ilə əlaqədar Türkiyənin ABŞ-a tibbi ləvazimatlar göndərməsindən sonra müsbət vəziyyət yaranıb: “İdlibdə rejimə qarşı apardığımız mübarizədən sonra da vəziyyət dəyişib. Türkiyənin rolunu daha yaxşı anlamağa başlayıblar”.

Türkiyə XİN başçısı qeyd edib ki, sabah ABŞ Dövlət katibi Mayk Pompeo ilə telefon danışığı olacaq: “Dialoqu davam etdirəcəyik. İki tərəfin də eyni şəkildə səmimi olması lazımdır”.

M. Çavuşoğlu Türkiyə - Avropa İttifaqı (Aİ) münasibətlərinə də toxunub. O vurğulayıb ki, Aİ Avropa xalqlarının da ümidlərini doğrulda bilmir.

“Türkiyə Avropa İttifaqının üzvü olsaydı, Aİ bu gün təkcə COVID-19-a qarşı yox, bütün çətinliklərlə mübarizədə daha güclü olardı”, - deyə Türkiyə XİN başçısı qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam