Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Rəsmi Pekin:Fələstinin mövqeyinə hörmət edilməlidir

Rəsmi Pekin: Fələstinin mövqeyinə hörmət edilməlidir
"Fələstin-İsrail münaqişəsinin həllində Fələstinin mövqeyinə hörmət edilməlidir".
Yenixeber.org: Bunu Çinin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Çjao Litszyan deyib.

“Çin həmişə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin və iki dövlət layihəsinin Fələstin məsələsinin həll edilməsinə əsas yaratdığını hesab edir, buna hörmət edilməlidir".

XİN rəsmisi bildirib ki, son vaxtlar Fələstin-İsrail münasibətlərinin kəskinləşməsi davam edir, sülh prosesi təhlükəli vəziyyətdədir və Çin tərəfi bölgədəki vəziyyəti yaxından izləyir.

"Beynəlxalq birlik konstruktiv rol oynamalı, dinc danışıqlar yolu ilə Fələstin və İsrail arasında razılaşmaların əldə edilməsinə şərait yaratmalıdır", - deyə diplomat əlavə edib.

Qeyd edək ki, Fələstin İsrail hökumətinin Fələstin torpaqlarını ilhaq etmək niyyətinə görə İsrail və ABŞ-la bütün razılaşmaları ləğv etmək qərarına gəlib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam