Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Küçələrin birinə Corc Floydun adı veriləcək-Tehranda

 

İran parlamentinin deputatı Məhəmməd Mehdi Zahidi Tehran şəhərində yerləşən küçələrdən birinə Corc Floydun adının verilməsini təklif edib.

Yenixeber.org: Bu barədə İranın ISNA agentliyi məlumat yayıb.

“Mən kapitalist və irqçi Qərb sisteminə etiraz olaraq, Tehran küçələrindən birinə Corc Floydun adının verilməsini təklif edirəm”, - deyə M.Zahidi qeyd edib.

Xatırladaq ki, mayın 25-də C.Floyd saxta əskinaslarla ödəniş edilməsi şübhəsi ilə saxlanılarkən polisin kobud davranışı ilə üzləşib. Bununla bağlı sosial şəbəkələrdə yayılan videoda hüquq mühafizəçisinin afroamerikalının qoluna qandal vuraraq, onu yerə yıxması və sonra dizi ilə boynunu sıxması aydın görünür.

Kadrlarda Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi də əks olunub.

Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb. Bununla əlaqədar olaraq, ABŞ-ın müxtəlif ştatlarında kütləvi iğtişaşlar başlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam