Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Azərbaycan böyük layihələri unutmalıdır”

 

Amerikanın Təhlil və Qlobal Təhlükəsizlik İnstitutunun rəhbəri Qal Lyuft hesab edir ki, Azərbaycan hökuməti iqtisadi siyasətini ciddi şəkildə düzəltməlidir. 

"Xeberinfo.com":  Məlumata görə, Turan-ın müxbiri ilə söhbətində o deyib ki, manatın kursunun kəskin şəkildə azalması “siqnal verir ki, oyanmaq lazımdır”.
“Neft və qaz gəlirləri ölkə ixracının 95%-ni, gəlirinin isə 75%-ni təşkil etdiyi bir halda iqtisadi müflislikdən xilas olmağın tam vaxtıdır”, deyə o qeyd edib.
Azərbaycan Mərkəzi Bankı manatı dollar və avroya nisbətdə kəskin şəkildə dəyərsizləşdirdikdən sonra Bakıda vəzifəli şəxslər bildirdilər ki, devalvasiya “Azərbaycan iqtisadiyyatının müxtəlifləşdirilməsinin stimullaşdırılmasına, iqtisadiyyatın beynəlxalq rəqabətədavamlılığının və ixrac potensialının möhkəmləndirilməsinə, ödəmə balansının sabitliyinin təmin edilməsinə” yönəlib.
Bakı hazırki reallıqdan hansı dərsləri çıxarmalıdır? Bu suala cavabda Qal Lyuft deyib ki, hökumətin dərsi xammal bazrlarından uzaqlaşma və iqtisadiyyatın diversifikasiyasına doğru sürətlə irəliləmə olmalıdır”.
“Böyük tədbirlərin və qlobal layihələrin həyata keçirilməsini unudun. Azərbaycan üçün əsas layihə öz vətəndaşlarının beyninə daha çox yatırım etmək və yeri daha az qazmaq olmalıdır”, deyə o bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam