Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

"YANIMDA BU MANYAKI GÖRƏNDƏ, FİKİRLƏŞİRDİLƏR Kİ..." -Tramp Boltonu sarsaq adlandırıb

ABŞ prezidenti Donald Tramp özünün milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Con Boltonu sərt şəkildə tənqid edib və onu bir vaxtlar “insanları bombalamağı təklif edən” dəli manyak adlandırıb.

Yenixeber.org: Birləşmiş Ştatların dövlət başçısı bu sözləri “Fox News” kanalında dilə gətirib.

“Onu belə fikirlərinə görə hamı sərsəm sayırdı. Bolton hətta Rusiya və Çinlə də savaşmağı təklif edirdi. Əslində bu mənə danışıqlarda üstünlük qazanmağıma səbəb olurdu. Çünki adı çəkilən ölkələrin rəhbərləri yanımda bu manyakı görəndə mənim onlara bomba atacağımı düşünürdülər”,-deyə prezident söyləyib.

Ağ Evin rəhbəri Con Boltonun öz işini bacarmadığını, sərrast ağıla malik olmadığını da deyib. “Mən hələ onun bir dəfə də olsun, güldüyünü görməmişəm. Hətta bunu onun özündən də soruşdum. Əslində bu xüsusiyyət Boltonun necə insan olduğundan xəbər verir”,-deyə Donald Tramp bildirib.

Görünür, ABŞ prezidentinin ürəyi müsahibə ilə soyumayıb.

“Mən vaxtilə Senatda təyinatı təsdiqlənməyən bir adama şans verdim. Çünki hamı onu sarsaq adlandırır və ondan acığı gəlirdi. Bu adam əsl gopçu və səriştəsizdir”,-deyə prezident tvitterdəki hesabında yazıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam