Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

“Putin güclü lider deyil, çılpaq kraldır”

 

Keçmiş rusiyalı oliqarx Mixail Xodorkovski Londonun Beynəlxalq Əlaqələr üzrə Kral Akademiyasında çıxış edərkən Rusiyada Vladimir Putin erasının sona çatmaq üzrə olduğunu deyib. 

"Xeberinfo.com":  Məlumata görə, bu səbəbdən Xodorkovski Qərb liderlərini Rusiya müxalifəti ilə əlaqələri gücləndirməyə çağırıb: “Qurşağına qədər soyunmuş Putin güclü lider deyil, o, çılpaq kraldır”.
Rusiya həbsxanalarında 10 il cəza çəkən oliqarx düşünür ki, Putinin xarici siyasət planları dünyanı ABŞ və Rusiya arasında təsir dairələrinə bölməkdən ibarətdir: “Putinə Donbas lazım deyil. O, dünyanın taleyini ABŞ prezidenti ilə görüşdə köhnə sxem üzrə 2 dövlət arasında bölmək istəyir. Bu zaman opponentlər bir-birinin təsir dairələrinə və daxili işlərinə qarışmamalıdır”.
Bununla belə, Mixail Xodorkovski Putin hakimiyyətinin öz qürub çağını yaşadığını və müxalifətin hakimiyyətə gələcəyini proqnozlaşdırıb: “Rusiya xəstə imperatorun çarpayası qarşısında dayanaraq, rejimin can verməsini hələ uzun müddət izləyəcək. Sabah rejim dəyişəndə biz yeni hakimiyyətlə əlaqə qurmalı olacağıq. Amma bunun üçün bizim az vaxtımız var”.

Modern.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam