Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Genişmiqyaslı hərbi əməliyyatlar istisna deyil"- Polad Bülbüloğlu

"Genişmiqyaslı hərbi əməliyyatlar istisna deyil" -  Polad Bülbüloğlu
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iyulun 12-də sərhəddə baş verən döyüşdən sonra Bakı ilə İrəvan arasında genişmiqyaslı hərbi əməliyyatların başlaya biləcəyini istisna etməyib.
Yenixeber.org: Bu barədə səfir “Qovorit Moskva” radiostansiyasına müsahibəsində deyib.

P.Bülbüloğlu qeyd edib ki, Azərbaycan heç vaxt ərazisinin 20 faizinin itirilməsi ilə barışmayacaq və Dağlıq Qarabağın qaytarılmasına nail olmaq niyyətindədir.

"Sizcə, on milyon əhaliyə, hərbi gücə, zəngin, inkişaf etmiş bir infrastrukturu malik ölkə ərazisinin sonsuza qədər işğalda qalmasına imkan verərmi?", - deyə səfir bildirib.

O, həmçinin vurğulayıb ki, Ermənistan münaqişəni dondurmağa çalışır və danışıqlar heç bir nəticə vermir: "Nəticə verməsə, təbii ki, hərbi hərəkətlər olacaqdır. Ona görə də mövqenin birdəfəlik anlaşılması lazımdır".

Eyni zamanda, Bülbüloğlu genişmiqyaslı müharibənin bütün bölgə üçün fəlakət olacağını əlavə edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam