Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Həmsədrlər -tərəfləri danışıqlara çağırır

Həmsədrlər tərəfləri danışıqlara çağırır
ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin Qarabağ nizamlanması ilə bağlı tez bir zamanda əsaslı danışıqların aparılmasının zəruriliyini təsdiqləmələrini alqışlayır.
Yenixeber.org: Bu barədə Minsk Qrupunun bəyanatında vurğulanıb.

Qeyd olunub ki, iyulun 15-də ATƏT-in Minsk Qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şoffer (ABŞ), habelə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik görüş keçirib, daha sonra bəyanat qəbul ediblər.

“Məlumatlara görə, 15 iyul səhər saatlarında Azərbaycan-Ermənistan sərhədində vəziyyət nisbətən sakit olaraq qalır. Həmsədrlər və xüsusi nümayəndə hərbi hərəkətlərin azaldılmasını alqışlayır və tərəfləri de-eskalasiyanı davam etmək üçün səy göstərməyə çağırır”.

Həmsədrlər bir daha tərəfləri təhrikedici ritorikadan və yerdəki vəziyyəti dəyişdirmək cəhdindən çəkinməyə çağırıb, sülh prosesinin bərpasına əlverişli atmosfer yaratmağın zəruriliyini, həmçinin ATƏT müşahidəçilərinin bölgəyə tezliklə qayıtmasının vacibliyini vurğulayıblar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam