Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

"Məmur müdaxiləsinə son qoyulacaq"

 

Mobil telefonlardan ünvanlı sosial yardımla bağlı müraciət etmək mümkün olacaq.

"Xeberinfo.com":  Məlumata görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Sabirabadda sakinlərlə görüşündə deyib.

Nazir bildirib ki, yeni yaradılmış işçi qrup tərəfindən ünvanlı dövlət sosial yardımı sisteminin elektron əsaslar üzərində təşkili istiqamətində işlərə başlanılıb.

Qeyd edək ki, prezidentin “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” 23 fevral, 2015-ci il tarixli, 477 nömrəli fərmanına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tədbirlər planı hazırlanıb.

Vətəndaşlar kompüter, mobil telefon və ya xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə müraciət edə biləcəklər. Müraciətlərə baxılması və yardımların təyinatının avtomatlaşdırılması üçün beş aya texniki infrastruktur hazırlanacaq.

Nəticədə ünvanlı yardım təyinatında məmur müdaxiləsi aradan qaldırılacaq.

Virtualaz.org 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam