Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Millət vəkili müəllimlərin problemlərindən danışdı

 

Millət vəkili Fazil Mustafa müəllimlərin problemlərini dilə gətirib. 

 

"Xeberinfo.com":  “Qafqazinfo” xəbər verir ki, hökumətin hesabatı zamanı müzakirələrdə çıxış edən deputat qeyd edib ki, bu gün elimizin adət ənənələrindən biri olan ilaxır çərşənbəsidir: “Bu bayramda da adamlar evlərə papaq atırlar. Papağa nəsə qoyulacaq evlərin darvazaları, hasarları yüksək olduğu üçün onlara papaq atmaq olmur. Hasarı hündür olmayan evlərin sahibləri isə müəllimlərdir. Manatın devalvasiyasından sonra isə onların yaşayışı daha da aşağı düşüb. Hökumət tərəfindən onlara cüzi də olsa, ümidlər verilmir. Əhalinin bir çoxu banklardan dollarla kreditlər götürüb. Müəlimlərin maaşının artırılması ilə bağlı yanvar ayında verilən qərar hələ də icra olunmayıb. Pensiya yaşında olan müəllimlərin taleyin onların ümidinə buraxılıb. Müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi də həll edilməlidir. Bu gün böyük əksəriyyət əhali işsizdir”. 

Millət vəkilinin çıxışına cavab verən spiker Oqtay Əsədov belə reaksiya deyib. “Siz deyirsiniz ki, indi hasarlar hündürdür. Əvvəllər papağı bacadan da atırdılar. Amma sən hansı qapıya papaq atsan inanmıram ki, sənin papağın boş gəlsin”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam