Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

“Nar”ın baş sponsorluğu ilə “Breyn Rinq”in 1/8 final oyunları başa çatır

 

 

Yenixeber.org: Ölkədə gənc nəslin inkişafına hər zaman xüsusi önəm verən “Nar”ın dəstəyilə “Breyn Rinq” intellektual bilik yarışının on altıncı mövsümü davam edir. Bu gün saat 22:00-da İctimai Televiziyada yayımlanacaq buraxılışda “Norm Sement” və “Xızı” komandaları 1/8 final oyunlarının son yarışında mübarizə aparacaqlar. 

Builki mövsümün özəlliyi yarışın pandemiya şərtlərinə uyğun olaraq keçirilməsidir. Belə ki, hər buraxılışda tamaşaçıların iştirakı olmadan sadəcə iki komanda yarışır. Bundan başqa yarışda iştirak edən hər bir komanda və heyət üzvü çəkilişdən öncə COVID-19 testindən keçməlidir. Qeyd edək ki, bu mövsümdə yarışa qoşulmuş 16 komanda “Bilik” kuboku uğrunda mübarizə aparır. Yarışı hər həftənin cümə günü saat 22:00-də İctimai Televiziyada izləmək mümkündür.

“Nar”ın təhsilin inkişafına yönəlmiş digər layihələri ilə burada tanış ola bilərsiniz.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam