Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

“Məni vətəndən didərgin salmaq istəyənlər bunu görməyəcəklər”

 

“Mənim ailəmlə birgə vətənimi tərk edib, həmişəlik Türkiyədə yaşayacağımı deyənlər tərbiyəsi olmayan axmaq və səfeh insanlar ola bilər. Mən heç yerə qaçıb getməmişəm, Azərbaycandayam”. 

"Xeberinfo.com":  Məlumata görə, bunu Modern.az saytına açıqlamasında Milli Məclisin deputatı Aydın Abbasov ölkəni tərk etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

A.Abbasov deyib ki, onu vətəndən didərgin salmaq istəyənlər bunu görməyəcək.

“Mən bu ölkənin deputatıyam.  Qeyrətimiz də var, kişiliyimiz də... Niyə görə vətənimi, dövlətimi atıb harasa qaçmalıyam?!  Qaçmaq ancaq bulvarda olur. O şərəfsizlər ki, mənim Azərbaycandan çıxıb getməyimi istəyir, onlara bir kəlmə sözüm var: bu cür əsassız informasiyaları yayanların  xəyalları ürəklərində qalacaq”.

Qeyd edək ki, Milli Məclisin deputatı Aydın Abbasovun ailəsi ilə birgə həmişəlik olaraq Türkiyəyə köçüb, orada məskunlaşdığı haqda məlumatlar yayılıb.  
Aydın Abbasov baş nazirin sabiq 1-ci müavini Abbas Abbasovun oğludur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam