Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Şəhid məzunların ailələri ziyarət edilib -FOTOLAR

 

 
Zəfər günü ərəfəsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasının professor-müəllim heyəti Akademiyanın şəhid məzunlarının ailələrini ziyarət edib. Qeyd edək ki, 44 günlük Vətən müharibəsində akademiyanın 14 məzunu  – Məmmədov Fərid Vəlhad oğlu, Ələkbərov Telman İnqilab oğlu, Babayev Rəşad Ağabəy oğlu, Əlizadə Nəriman Nurəhməd oğlu, Astanlı İqbal İlqar oğlu, Vəliyev Vüqar  Emin oğlu, Qasımlı Muxtar Əli oğlu, Orucov Ürfan Firdovsi oğlu, Əlizadə Pərvin Vüqar oğlu, Yusifzadə Ramil Adəm oğlu, Muradov Siyavuş Akif oğlu, Hüseynov Eldost Asəf oğlu, Əliyev Ramid Kamil oğlu və Həsənov Teymur Mahal oğlu qəhrəmanlıqla döyüşərək şəhid olublar. Akademiya məzun şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün onların hər birinin adına xüsusi təqaüdlər təsis edib, eyni zamanda yeni istifadəyə verilmiş tədris korpusunun auditoriyalarına onların adlarını verib.
Yenixeber.org: Ötən iki gün ərzində isə məzun şəhidlərin adlarına hazırlanmış xüsusi plaketlər və xatirə şüşə lövhələri ziyarət zamanı qəhrəmanlarımızın ailələrinə təqdim edilib. Xatırladaq ki, bu günlərdə Akdemiyada təşkil edilən Zəfər sərgisində də məzun şəhidlərin fotoları ilə yanaşı onlar üçün hazırlanmış plaketlər və xatirə şüşə lövhələri nümayiş etdirilmişdi.

ADBTİA rəhbərliyi və kollektivi bir daha şəhidlərimizə Allahdan rəhmət diləyir.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam