Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Şiddətli ağrılardan əziyyət çəkən qazi ilə bağlı -AÇIQLAMA

Şiddətli ağrılardan əziyyət çəkən qazi ilə bağlı -   AÇIQLAMA
Vətən müharibəsi qazisi Əliyev Əli Tofiq oğlunun çətin vəziyyətdə olduğunu əks etdirən videogörüntülər yayılıb.
Yenixeber.org: Sosial şəbəkələrdə yayılan görüntülərdə qazinin şiddətli ağrılardan əziyyət çəkdiyi görünür. O qışqıraraq daha ağrılara dözmək gücündə olmadığını bildirir.
26 yaşlı qazi müharibənin ilk günündən döyüşlərə qatılıb. Hadrut, Xocavənd, Qubadlı və Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə də iştirak edib və yaralanıb. Ə.Əliyevin bədənində 207 qəlpənin olduğu qeyd olunur.
“YAŞAT” Fondu qazinin səhhəti ilə bağlı açıqlama yayıb. Açıqlamada qazinin müalicəsinə köməklik olunduğu bildirilir: “Ə.T. Əliyevin müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə müraciəti "YAŞAT" Fondu tərəfindən qarşılanaraq ümumilikdə 161 619 AZN ödənilib, eləcə də 756 AZN dəyərindən dərman vasitələri ilə təmin edilib”.
Qeyd edək ki, əslən Sabirabad rayonundan olan 1996-cı il təvəllüdlü Əli Əliyev 5 il Rusiyada yaşayıb və işləyib. Azərbaycana qayıdan zaman isə 44 günlük Vətən müharibəsi başlayıb və könüllü ordu sıralarına yollanıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam