Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

“Nar” YayFest “Könüllülük” düşərgəsində iştirak etdi-FOTO

Yenixeber.org: “Nar” Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılğı ilə Şamaxıda baş tutan və 250-yə yaxın Azərbaycan Könüllüsünün iştirak etdiyi “Yay Fest 2022” düşərgəsinə qatılıb. Artıq üçüncü dəfədir 
həyata keçirilən festivalın məqsədi dövlət gənclər siyasətinə uyğun olaraq gənclər üçün müxtəlif sahələrdə yaradılan geniş imkanların təşviqi, ölkəmizin müxtəlif bölgələrində yaşayan gənclərin sosiallaşması, onların müasir peşə və trendlər barədə məlumatlandırılmasından ibarətdir.

“Nar”ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov “Özəl sektorlarda könüllülük fəaliyyətinin dəstəklənməsi” mövzusunda panel görüşdə iştirak edib. Düşərgənin 4-cü günündə baş 
tutan interaktiv görüş çərçivəsində "Nar"ın AKTİ ilə əməkdaşlığına əsasən könüllülər üçün yaradılmış fürsətlər barədə ətraflı məlumat verilib, iştirakçıların təklif və sualları dinlənilib. 

Qeyd edək ki, gənclərin təhsil və kariyera inkişafını hər zaman dəstəkləyən “Nar” bir müddətdir ki, AKTİ ilə memorandum imzalayıb. Memoranduma əsasən, Azərbaycan könüllüləri arasında effektiv koordinasiyanın təmin edilməsi, əlaqələrin asanlaşdırılması məqsədilə, “Nar”ın xüsusi yaratdığı tarif əsasında könüllülər arasında mobil zənglər pulsuzdur. 

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. 
“Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün 
xidmət təqdim edir.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam