Redaktor seçimi
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Günün xəbəri

“Nar” Qlobal Saziş çərçivəsində BMT ilə əməkdaşlığa davam edir

  

Mobil operator “Nar” 27 sentyabr tarixində BMT-Azərbaycan tərəfdaşlığının 30-cu ildönümünə həsr olunmuş BMT Günü tədbirində iştirak edib.

Yenixeber.org: Açılış nitqi ilə çıxış edən BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreeva və Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov dayanıqlı inkişaf məqsədlərinə nail olmaq istiqamətində BMT-Azərbaycan tərəfdaşlığının əhəmiyyətini qeyd ediblər.

200-dən çox dövlət rəsmisi, parlament üzvü, diplomatik korpus təmsilçisi, eləcə də vətəndaş cəmiyyəti və media nümayəndəsinin qatıldığı tədbirin dəvətliləri sırasında mobil operator “Nar”ın Baş icraçı direktoru Qunnar Panke də yer alıb. Xatırladaq ki, “Nar” 2022-ci ilin may ayından etibarən dünyanın sosial məsuliyyətli bizneslərini bir araya toplayan BMT Qlobal Sazişinin bir parçasıdır.  Bu saziş şirkətlərə qlobal davamlılıq təşəbbüslərini daha sistemli şəkildə həyata keçirməyə və davamlı hesabatlarla şəffaflığa nail olmağa imkan verir. “Nar” ölkə üçün mühüm sosial əhəmiyyətə malik layihələri ilə hər zaman cəmiyyət qarşısında öhdəliyini sadiqliyini ifadə edir.

“Nar”ın sosial layihələri ilə bağlı daha ətraflı məlumatı buradan ala bilərsiniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam