Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

 “Nar” abunəçilərinin 98%-i müştəri xidmətlərindən məmnun qalıb

Mobil operator “Nar” ötən il ərzində göstərdiyi xidmətlərlə bağlı müştəri məmnuniyyəti göstəricilərini açıqladı.

Yenixeber.org: 2022-ci ildə müştərilərinə təqdim etdiyi xidmətin keyfiyyətini üstün səviyyədə saxlamağı bacaran “Nar” abunəçilərinin böyük əksəriyyətinin razılığını qazanıb.

2022-ci ildə müxtəlif sorğularla “Nar” mərkəzlərini ziyarət edənlərin 98.6%-i göstərilmiş xidmətdən məmnun qalıblar. Ötən ilin hesabatına əsasən, 777 Çağrı Mərkəzi və Nar+ tətbiqinə müxtəlif sorğularla 2 milyona yaxın abunəçi müraciət edib. Çağrı Mərkəzində göstərilən xidmətdən abunəçilərin 89%-i, Nar+ tətbiqindən yararlananlardan isə 87%-i razılıq bildirib.

Abunəçilərinə sosial şəbəkələr üzərindən də sorğu göndərməyə imkan yaradan  “Nar” sosial platformalarda 16 mindən çox abunəçi müraciətini cavablandırıb. Daxil olan müraciətlərə orta hesabla 5 dəqiqə ərzində cavab verilib. Müraciətlər daha çox tariflər, internet paketləri və nömrə ilə bağlı əməliyyatlar haqqında olub.

Mobil operator göstərilən xidmət səviyyəsini artırmaq üçün 2023-cü ildə də müştəri mərkəzlərini yeniləməyə davam edir. Bundan başqa, abunəçilərə özünəxidmət rahatlığı verən Nar+ tətbiqinin təkmilləşdirilməsi bu il üçün qoyulan əsas hədəflərdəndir.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam