Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Hər 3 ailədən biri boşanır - Parlamentdə məsələ qaldırıldı

 

“Müxtəlif statistikalara görə, ölkədə hər 3 ailədən biri boşanır”. 

Yenixeber.org: Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov bildirib. 

Deputat boşanmaların qarşısının alınmasının vacib olduğunu söyləyib: “Bunun bir neçə səbəbi var. Erkən nikahla bağlı qərarları gələcəkdə daha da sərtləşdirməliyik. Bu gün bölgələrdə hələ də valideynlər qızlarını erkən nikaha sövq edirlər". 

C.Məmmədov, həmçinin bu yaxınlarda bir yeniyetmənin uşaq evindən canlı yayım açaraq üzləşdiyi problemi işıqlandırması məsələsinə də toxunub 

“Təəssüf ki, problem yarananda dövlət qurumları lazımi adekvat tədbirlər görmədi. Ona görə də sosial şəbəkələrdə mövzu hansısa televiziya aparıcısının məsələni həll etməsi kimi müzakirə olundu. Hesab edirəm ki, dövlət qurumları belə hadisələr olanda daha tez münasibət bildirməlidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam