Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

AQTA sədri:Qida məhsullarının üzərində daha “müalicəvi” sözü yazılmayacaq

Artıq qida məhsullarının üzərində birmənalı olaraq Azərbaycan dilində etiket məlumatlarının olması təmin edilib. Hətta “müalicəvi” sözündən istifadə hallarının qarşısı alınıb.

Yenixeber.org:  Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi haqqında” qanunun icrası ilə bağlı bu ilin 6 ayında görülən tədbirlərə dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bununla bağlı aşkarlanan uyğunsuzluqlarla əlaqədar 17 560 ədəd məhsulun satışı dayandırılıb və dövriyyədən çıxarılıb:

"Həmçinin üzərində qida məhsuluna xas olmayan xüsusiyyətin göstərilməsi, habelə xas olan xüsusiyyətin qabardılmaqla göstərilməsi halları müəyyənləşdirilərək ciddi tədbirlər həyata keçirilib".

AQTA sədri xatırladıb ki, bu ilin yanvarın 1-dən qüvvəyə minən adıçəkilən qanunun icrası ilə bağlı hazırlanan 15 normativ hüquqi akt layihəsindən 10-u Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilib:

"Qanundan irəli gələn vəzifələrin icrası istiqamətində bir sıra zəruri işlər görülüb. Qida təhlükəsizliyinin təmin edilməsi, qida zəncirinə dövlət nəzarəti və tənzimlənməsi, idxal, ixrac və digər sahələr üzrə uğurlar əldə olunub".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam