Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Fazil Məmmədov 11 nəfəri işdən çıxardı

 

Bu ilin 9 ayı ərzində Vergilər Nazirliyinə “Vergi işçisinin etik davranış kodeksi”nin tələblərinin pozulması yəni vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti yaxud hərəkətsizliyi ilə əlaqədar 360, korrupsiya hüquqpozmaları ilə əlaqədar 146 şikayət daxil olub.
"Xeberinfo.com":   Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsinnin yaydığı məlumata görə, həmin şikayətlərin araşdırılması nəticəsində, “Vergi işçisinin etik davranış kodeksi”nin tələblərini pozmuş 11 əməkdaşın vergi orqanlarında xidmətinə xitam verilib, 6 əməkdaşın xüsusi rütbəsi bir pillə aşağı salınıb, 7 əməkdaş aşağı vəzifəyə keçirilib, 413 əməkdaşa töhmət, 133 əməkdaşa isə şiddətli töhmət verilib.
Hesabat dövrü ərzində bilik və məlumatlılıq səviyyəsinin artırılması məqsədilə 1100 vergi xidməti əməkdaşı korrupsiyaya qarşı mübarizə, etik davranış, maraqların toqquşması və məlumat azadlığı məsələləri mövzusunda treninqlərə cəlb edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam