Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Azərsığorta" bütün sığorta satışlarını dayandırıb -Diqqət!

 

"Azərsığorta" (Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti) şirkəti bütün sığorta növləri üzrə satışlarını dayandırıb.
Yenixeber.org: Hazırda dövlət sığorta şirkəti heç bir sığorta növü üzrə satış həyata keçirmir. Mövcud öhdəliklərin icracı həyata keçirilir. Satışların nə vaxt bərpa olunacağı isə məlum deyil. "Satışların dayandırılması sığorta şirkətinin bağlanması demək deyil, bu şirkətin daxili qərarıdır" - sığorta şirkətindən əlavə edilib.
Qeyd edək ki, noyabrın 1-dən "Azərsığorta"nın avtomobillərin icbari sığortası üzrə satışları dayandırdığı bildirilmişdi. Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev isə "APA-Economics"in sualına cavab olaraq bildirmişdi ki, AMB tərəfindən şirkətin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı hər hansı qərarın verilməyib. Sığorta şirkətində biznesinin perspektivi və onun səmərəliliyi, eyni zamanda maliyyə dayanıqlılığı üzrə mövcud dinamikaların qiymətləndirilməsi prosesi həyata keçirilir. Satışların müəyyən dərəcədə məhdudlaşdırılmasında məqsəd qiymətləndirmənin daha qısa müddətdə və daha obyektiv aparmaqdır. Qiymətləndirmə aparıldıqdan sonra şirkətinin fəaliyyətinin perspektivi barədə onun üst idarəetmə orqanları tərəfindən müəyyən qərarlar veriləcək.
Xatırladaq ki, oktyabrın 31-də rəsmi açıqlanan maliyyə hesabatına əsasən, sığorta şirkəti 2022-ci ili 9 milyon manata yaxın kapital çatışmazlığı ilə bitirib. Bu isə faktiki olaraq müflislik deməkdir. İnvestisiya Holdiqinin nəzarətində olan dövlət sığorta şirkətinə ötən dövrdə əlavə kapital yatırılması ilə bağlı hər hansı bir məlumat açıqlanmayıb. //"APA-Economics"/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam