Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Vəkillərə ödənişlərin məbləğinin artırılması təklif olunub

 

"Dəyişikliklə dövlət hesabına hüquqin yardımın dairəsi genişlənib. Hazırda dövlət hesabına işlərdə vəkilə hər iş saatı üçün 6 manat olmaqla, bir iş üzrə orta hesabla 115 manat civarında ödəniş olunur ki, həmin məbləğin də 30 faiz civarı vergi, sığorta və digər xərclərə  məruz qalır".

Yenixeber.org xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı deputat Bəhruz Məhərrəmov deyib. O bildirib ki, Vəkillər Kollegiyası təhlil apararaq vəkilə ödənilən haqqın 20 manat məbləğində müəyyən edilməsini təklif edib:

"Təklif Ədliyyə Nazirliyi tərəfindən də məqbul sayılıb. Eyni zamanda, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində də işçi qaydada məsələ araşdırılıb. Müqayisə üçün nəzərinizə çatdırım ki, Türkiyədə işlərin xüsusiyyəti və işə baxılma mərhələlərinə uyğun olaraq bu məbləğ  90, Rusiyada isə 30 manatdan başlanır və artaraq dəyişir. Əlbəttə lokal reallıqları nəzərə almaq vacibdir və bu mənada təklif olunan 20 manat rəqəminin məqbul olması şübhə doğurmur".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam