Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Dövlət torpaq kadastrının aparılması qaydaları dəyişdi

 

Dövlət sifarişi əsasında aparılan işlər istisna olmaqla, dövlət qurumlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin sifarişi ilə həyata keçirilən torpaq-kadastrı işləri ilə bağlı göstərilən xidmətlərə görə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə xidmət haqları ödəniləcək.

Yenixeber.org xəbər verir ki, bu, Nazirlər Kabinetinin qərarı ilə "Dövlət torpaq kadastrının aparılması qaydaları haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.

Həmçinin, “Torpaq-kadastr sənədlərinin aparılması Qaydaları”na da dəyişiklik edilib.

Qərara əsasən, dövlət sifarişi əsasında aparılan işlər istisna olmaqla, dövlət qurumlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin sifarişi ilə həyata keçirilən texniki kadastr və yerquruluşu sənədlərinin (kadastr xəritələri və plan-xəritə materialları) tərtibi və bu işlərə dair məlumatların və sənədlərin (arxiv arayışları, texniki sənədlərin təsdiq edilmiş surəti) verilməsi ilə bağlı göstərilən xidmətlərə görə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə xidmət haqları ödəniləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam