Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Gənc telekom mütəxəssisləri “Nar” şəbəkəsində təcrübə keçir

 

“Nar” Azərbaycanın mobil rabitə sahəsinin peşəkarlar kadrlarının yetişdirilməsi məqsədilə, İT və rabitə ixtisasları üzrə təhsil alan tələbələr üçün təcrübə proqramına başladı. Seçilən 10 tələbə Şəbəkə texnologiyaları departamentində təcrübə keçəcək.

Yenixeber.org: May ayının sonunadək davam edəcək proqram çərçivəsində tələbələr “Nar”ın peşəkar texniki heyətilə birgə çalışacaq və gələcək karyeraları üçün əvəzsiz təcrübi biliklər qazanacaq. Təcrübə proqramı “Nar”ın KSM strategiyasının təhsilə dəstək istiqaməti üzrə və Azərbaycan Texniki Universiteti (AzTU) ilə əməkdaşlıq çərçivəsində keçirilir.

Bu əməkdaşlıq çərçivəsində universitetdə “Nar” GSM laboratoriyası fəaliyyət göstərir, “Nar”ın texniki heyəti mobil rabitənin əsasları barədə təlimlər keçir və AzTU tələbələri təcrübə proqramlarına cəlb edilir.

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam