Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Adəmin atasına 30 sutka həbs verildi

 

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir.

Yenixeber.org xəbər verir ki, barəsində dəfələrlə tədbir görülməsinə baxmayaraq 1988-ci il təvəllüdlü, “Adem.Mirzeyev” profili ilə tanınan Sadiq Mirzəyev yenidən məsuliyyətə cəlb edilib.

Müvafiq qərarla S.Mirzəyev 30 sutka inzibati qaydada həbs edilib.

Qeyd edək ki, Ağcabədi rayon sakini olan 9 yaşlı Adəmin atası ilə birgə canlı yayımlar açması, nalayiq ifadələr işlətməsi, gələcək tərbiyəsinə neqativ təsir edə biləcək mövzularla bağlı müzakirələr aparması cəmiyyətdə birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub. Bununla bağlı olaraq azyaşlının atası Sadiq Mirzəyev bir neçə dəfə polis şöbəsinə dəvət edilib.

Daha əvvəl Adəmin söyüş söydüyü videosunu paylaşan həmkəndlisi Samir Ələsgərov həbs edilib.("Qafqazinfo")


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam