Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Binəqədi rayon 1 nömrəli filialı ilə bağlı iddia –“Asan yolla" sürüclük kursu arayışı almaq olur?

Sürücülük məktəbində hazırkı vəziyyətin direktor Namiq Babayevi qane etdiyi iddia edilir…

Yenixeber.org: “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Binəqədi rayon 1 nömrəli filialı ilə bağlı sosial şəbəkədə yayılan məlumatlarda iddia edilir ki, məktəbdə sürücülük ixtisasına yiyələnmək istəyən şagirdlərin tam əksəriyyəti məktəb üzü tanımırlar. Məktəbdə dərs saatlarında müəllimlərin bir neçəsini görmək olar. Adı olub özü olmayan şagirdlər siyahısına görə “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Binəqədi rayon 1 nömrəli filialı başçılıq edir.

Yayılan məlumatda sürücülük məktəbində hazırkı vəziyyətin direktor Namiq Babayevi qane etdiyi iddia edilir. Bildirilir ki, imkanlı vətəndaş xərc çəkməklə “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Binəqədi rayon 1 nömrəli filialından sürücülük kursu arayışını “asan” yolla əldə edə bilir. Məlumata görə bu işlərə direktorun Yusif adlı müavini nəzarət edir.

Bildirək ki, “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Binəqədi rayon 1 nömrəli filialı Biləcəri qəsəbəsində yerləşir.

Məsələ ilə bağlı araşdırmamız davam edir.(AzFakt.com)

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam